Moskva aeroportları sükutda: 200-ə yaxın aviareys təxirə salınıb
Yeni il ərəfəsində Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında 200-ə yaxın aviareys ləğv edilib, yaxud təxirə salınıb. Belə ki, “Domodedovo” aeroportunda 20 reys təxirə salınıb, iki reys ləğv edilib. “Vnukovo” aeroportunda 12 aviareys təxirə salınıb, üç aviareys ləğv edilib. “Şeremetyevo” aeroportunda isə 150-dən çox aviareys təxirə salınıb, yaxud ləğv edilib. “Şeremetyevo” Beynəlxalq Aeroportundan verilən məlumatda qeyd olunub ki, bir sıra reyslərin ləğvi aviaşirkətlərin daxili qərarıdır. Buna səbəb sərnişinlərin az olması və nəticədə təyyarələrin uçuş zamanı boş qalmasıdır. /oxu.az