Azərbaycanda yeni daxili aviareys açılır

  daxili aviareys açılır"Azərbaycan Hava Yolları" QSC daxili aviareyslərini bərpa edir. Belə ki, bu həftədən etibarən Bakı-Lənkəran-Bakı aviareyslərinin yerinə yetirilməsinə başlanılacaq.

Uçuşlar noyabrın 8-dən etibarən (həftədə bir dəfə) həyata keçiriləcək. Təyyarə saat 12:50 radələrində Bakıdan havaya qalxacaq. Uçuş müddəti 1 saat təşkil edir. Təyyarə həmin gün saat 20:10-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Bakı-Lənkəran-Bakı aviareysi "Embraer 70" tipli təyyarə ilə yerinə yetiriləcək. 

Hələlik bu reys elektron satış sisteminə daxil edilməyib. Bir istiqamətdə biletin qiymətinin isə təxminən 40-50 manat olacağı gözlənilir. 

Xatırladaq ki, sonuncu dəfə bu marşrutla aviareyslər 2012-ci ilin yazında yerinə yetirilib. Lənkəran hava limanı 2008-ci ildə istismara verilib və beynəlxalq statusa malikdir.

Mənbə: Report






Fikirlər