“PUTİN BÖYÜK SƏHV EDİR...” - “Rusiya ordusu “döyülmüş” vəziyyətdədir”

ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin(MKİ) rəhbəri Uilyam Börns Rusiyanın Ukrayna ilə real danışıqlara köklənmədiyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ mətbuatına müsahibə verən MKİ başçısının fikrincə, Kreml real və ciddi danışıqlara hazır deyil: “Münaqişələrin əksəriyyəti danışıqlarla bitir. Lakin bu, Rusiya tərəfindən ciddilik tələb edir ki, bunu da görmürük. Hər halda, biz hesab etmirik ki, hazırda rusiyalılar ciddi şəkildə real danışıqlara kökləniblər”.

Börns hesab edir ki, Putin müharibəni uzun müddət davam etdirəcəyini və onu heç kimin dayandıra bilməyəcəyini düşünməkdə böyük səhv edir: “Düşünürəm ki, o, səhv edir. Necə ki, 24 fevralada bu müharibəyə başlamağa “stavka” edəndə səhv etdi, dərin səhv etdi”.

Ad - 00:19

 

Börns deyib ki, hazırda Rusiya ordusu “döyülmüş” vəziyyətdədir, Ukrayna ordusu isə qətiyyətlidir və cəbhədə qələbə qazanmağa köklənib. Lakin MKİ başçısının fikrincə, Ukrayna tərəfinin də yeni təchizata və ehtiyatların bərpasına ehtiyacı var.

Amerika kəşfiyyatının rəhbəri Rusiyanın taktiki nüvə silahından istifadəsi perspektivinə də toxunub. Börns deyib ki, hazırda MKİ Rusiyanın taktiki nüvə silahı tətbiqinə hazırlaşdığına dair heç bir dəqiq sübut, əlamət görmür.

 

 






Fikirlər