ABŞ-ın ən qorxduğu ÖLKƏ BƏLLİ oldu

ABŞ-ın ən qorxduğu ÖLKƏ BƏLLİ OLDU - Mərkəzi Kəşfiyyat İdarəsi AÇIQLADI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Çinin ABŞ üçün ən az Rusiya qədər təhlükəli rəqib olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, M.Pompeo “BBC” kanalına müsahibəsində bir neçə önəmli məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, Çin ABŞ-ın bilgilərini ələ keçirərək dünya miqyasında gizli bir hakimiyyət yaratmağa çalışır. Pompeo bildirib ki, Şimali Koreya bir neçə ay içində ABŞ-ı nüvə raketləri ilə vurmaq potensialına yiyələnəcək. MKİ isə hazırda Şimali Koreyadan gələ biləcək hər hansı bir nüvə təhdidi qarşısında ABŞ-ın nə edə biləcəyini araşdırmaqla məşğuldur.

Rusiyanın Qrəbdəki siyasətə təsir göstərməyə çalışdığını vurğulayan MKİ direktoru Avropa ölkələrinə Rusiyaya mane olmaq üçün dəstək olduqlarını açıqlayıb. “Rusiya ABŞ-da 6 noyabrda keçiriləcək Konqres seçkilərini hədəf alacaq. Ancaq ABŞ-ın bu seçkiləri hürr və ədalətli şəkildə keçirə biləcəyinə əminəm. Onları elə bir formada qarşılayacağıq ki, seçkilərə heç cür müdaxilə edə bilməyəcəklər”, - Pompeo bildirib.






Fikirlər