ABŞ-ın qanlı savaş PLANI – Kəşfiyyat şefi ETİRAF ETDİ

ABŞ-ın qanlı savaş PLANI – Kəşfiyyat şefi ETİRAF ETDİ

ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri Maykl Pompeo Səudiyyə Ərəbistanı və İsrailin Yaxın Şərqdə birgə çalışdığını etiraf edib.

AzerTaym.az “Haber7” saytına istinadən xəbər verir ki, MKİ başçısı bu haqda Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda bildirib.

Pompeo Səudiyyə Ərəbistanı, İsrail və bəzi Körfəz ölkələrinin terrorla mübarizə mövzusunda birgə çalışdığını deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq Yaxın Şərqi daha təhlükəsiz edəcək.

Saytın yazdığına görə, MKİ-nin başçısının bu bəyanatı ötən həftə ortaya atılan və ABŞ-ın Yaxın Şərqi yenidən dizayn edəcəyi deyilən tezisi daha da möhkəmləndirir. Bu tezisə görə, ABŞ Səudiyyə Ərəbistanı üzərindən Yaxin Şərqdə yeni bir müharibəyə başlayacaq, amma bunu açıq şəkildə deyil, pərdəarxasından edəcək.

İsrail mətbuatının yazdığına görə, mümkün ittifaqda Təl-Əvivin payı Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan “Hizbullah” təşkilatına qarşı keçirilən əməliyyatdan ibarət ola bilər.






Fikirlər