Səudiyyə Ərəbistanı Yəməndəki hoteli vurdu: 30 ÖLÜ

Səudiyyə Ərəbistanı Yəməndəki hoteli vurdu: 30 ölü

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə hərəkət edən koalisiya qüvvələrinə aid təyyarə Yəməndə yerləşən hotelə hücum edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İranın dəstək verdiyi Şiə Husi hərəkatı bu barədə məlumat verib və 30 nəfərin öldüyünü bildirib. 

Qeyd edək ki, hadisə paytaxt Sənada baş verib. Səna və ölkənin şimalı Şiə Husilərin əlindədir.

2014-cü ildən bəri vətəndaş müharibəsinin davam etdiyi ölkədə bu günə qədər 10 min nəfər dünyasını dəyişib.






Fikirlər