“Putin Ukraynaya görə böyük bədəl ödəyir… ” - ABŞ kəşfiyyatının şefi
“Mən inanmıram ki, o, bu vəziyyətə görə xoşbəxtdir. Mənim fikrimcə, situasiya ilə bağlı onun narahatlığının gücləndiyini göstərən təzahürlər var” – deyib MKİ rəhbəri. Onun sözlərinə görə, Putin öz maraqlarını rusiyalıların maraqlarından yuxarıda tutur. O, Rusiya prezidentinə böhrandan çıxmaq üçün yollar axtarmağı tövsiyə edib. Bu zaman onu da qeyd edib ki, Moskva başqa dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət eləməlidir.
MKİ başçısı həmçinin, Birləşmiş Ştatlara Ukraynadakı durumla bağlı Rusiyaya təzyiqləri gücləndirməyi məsləhət görüb.