11.05.2014. - Mərkəzi Kəşfiyyat İdarəsinin şefi gizlicə Kiyevə gəlibmiş
Con Brennan deyib ki, o, gizli olaraq Ukraynanın paytaxtı Kiyevə gedib.
“Mən Kiyevdə bir neçə həftə bundan öncə olmuşam. Orada ukraynalı həmkarlarım və dostlarımla müzakirələr aparmışam”
- deyə ABŞ-ın baş agenti bildirib.
Onun sözlərinə görə, belə görüşlər Ukraynada hökm sürən siyasi ab-havanın düzəlməsinə köməklik göstərəcək.
Televiziyasının aparıcısının “Siz Rusiyanı ABŞ-ın düşməni hesab edirsinizmi”
sualına isə baş agent özünəməxsus tərzdə cavab verib: “Rusiya böyük və güclü ölkədir. Rusiya öz bölgəsində güclü sözə və təsiredici qüvvəyə malikdir”.
Xatırladaq ki, Con Brennan Ukraynaya aprel ayında gəlib. O, Ukraynanın güc strukturlarının rəhbərləri ilə bir sıra gizli görüşlər keçirib (ANS TV).