Kılıçdaroğlunun namizədliyi açıqlanarkən Akşenerin üz ifadəsi... - VİDEO
Xəbər verdiyimiz kimi, Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kemal Kılıçdaroğlu olub. Kılıçdaroğlunun namizədliyini tərəfdarları önündə Səadət partiyasının sədri Temel Karamollaoğlu açıqlayıb. Bu zaman İYİ partiyasının sədri Meral Akşenerin üz ifadəsi müzakirələrə səbəb olub. Qeyd edək ki, martın 2-sində də Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa”nın iclası keçirilmişdi. Həmin iclasdan sonra M.Akşener “altılı masa”nı tərk etdiyini açıqlamışdı. Buna səbəb onun K.Kılıçdaroğlunun namizədliyini dəstəkləməməsi olmuşdu. Lakin sonradan fikrini dəyişən qadın politoloq bu gün ittifaqa geri qayıdıb. O, prezidentliyə namizəd İstanbul və Ankara bələdiyyəsi sədrləri Əkrəm İmamoğlu ilə Mansur Yavaşı təklif etmişdi.