ABDULLAH GÜL ƏRDOĞANIN RƏQİBİ OLACAQ? – İddialara SON QOYULDU

Abdullah Gül Ərdoğanın rəqibi olacaq? – İddialara SON QOYULDU

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədr müavini Özgür Özəl Türkiyənin 11-ci prezidenti Abdullah Gülün 24 iyunda keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi olacağı barədə iddiaları şərh edib.

Publika.az xəbər verir ki, millət vəkili Gülün adının gündəmdə olmadığını deyib.

“CHP-nin gündəmində Abdullah Gül deyə bir ad olmadı, indi də yoxdur, olmayacaq da”, - o bildirib.

Qeyd edək ki, Türkiyə KİV-inin yazdığına görə, Səadət Partiyasının (SP) sədri Temel Karamollaoğlu Abdullah Gülü növbəti dəfə prezident seçkilərində namizəd olması üçün razı saldığını deyib. Bu məsələ ilə bağlı Temel Karamollaoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə söhbətləşdiyi və razılığa gəldiyi bildirilir.

Bununla yanaşı, SP lideri İYİ Partiyasının lideri Meral Akşenerlə görüşündən heç bir müsbət nəticə əldə etmədiklərini dilə gətirib.

Abdullah Gülün vahid namizəd olacağı barədə iddialar seçkilərdə ittifaqla gedən Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasında (MHP) narazılıq yaradıb.






Fikirlər