Abdullah Gül son nöqtəni qoydu: Ərdoğana rəqib olacaqmı? - VİDEO

Abdullah Gül son nöqtəni qoydu: Ərdoğana rəqib olacaqmı? - VİDEO

Türkiyənin 11-ci prezident Abdullah Gül onun 2019-cu ildə prezidentliyə namizəd olacağı barədə gəzən söh-söhbətlərə son qoyub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş prezident sözügedən iddiaları ciddi qəbul etmədiyini deyib.

“Deyilənləri ciddi qəbul etmədim. Amma təəssüf ki, bəziləri çox ciddi qəbul ediblər”, - o vurğulayıb.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş rəhbəri, millət vəkili Dəniz Baykal 2019-cu ildə keçiriləcək prezident seçkilərində Abdullah Gülün namizədliyinin də irəli sürülməsini təklif edib. Dəniz Baykal Abdullah Gülün xalqın 49 faizinin namizədi ola biləcəyi bildirib.

AKP-dən olan millət vəkili Mustafa Elitaş eks-prezidentə çağırış edərək bəyanat verməyə və spekulyasiyalara son qoymağa çağırıb.

Onu da bildirək ki, 2007-2014-cü illərdə Türkiyə prezidenti olmuş Abdullah Gül dövründə hökumətə rəhbərliyi indiki prezident Rəcəb Tayyib Ərdoğan edib.

 






Fikirlər