Dəniz Baykaldan Ərdoğana cavab: "Matç HƏLƏ BİTMƏYİB"

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının deputatı Dəniz Baykal prezident Ərdoğana cavab verib. 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dəniz Baykal matçın hələ bitmədiyini qeyd edib: “2019-cu ildə daha bir hesabımız var. 51 faizlə konstitusiya dəyişkliyi ola bilməz. Bu, bir konstitusiya böhranıdır”.

Qeyd edək ki, ötən gün Ərdoğan referendumla bağlı mətbuata açıqlamasında faiz göstəricisinin önəmli olmadığını vurğulayaraq, bunu futbol matçı ilə müqayisə etmişdi: “1-0, yaxud 5-0 qazanmağın önəmli deyil. Önəmli olan oyunun qalibi olmaqdır”.






Fikirlər