Abdullah GÜL BAŞ NAZİR, parlament sədri və prezidentlə görüşəcək
Türkiyənin 11-ci prezidenti Abdullah Gül ölkənin baş naziri Binəli Yıldırımla görüşəcək.
AzerTaym.az “Report”-a istinadən verdiyi xəbərə görə, görüş Bakı vaxtı ilə 14.00-da baş tutacaq.
Sabiq prezident həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hülusi Akarla da görüşəcək.
Eyni zamanda, A.Gül Bakı vaxtı ilə saat 18:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.