Ərdoğan GÜLÜN muzeyini açacaq

Ərdoğan Gülün muzeyini açacaq

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün adına muzey açılacaq.

 Axar.az xəbər verir ki, Gülün doğulduğu Kayseri vilayətində Abdullah Gül Universiteti nəzdində açılacaq muzeydə sabiq prezidentin əşyaları sərgilənəcək.
 Siyasi həyatı boyunca nazir, baş nazir və prezident olan 65 yaşlı Gülün əhəmiyyətli məlumatları paylaşılacaq muzey həm də kitabxana kimi fəaliyyət göstərəcək. Muzey-kitabxanada Gülün şəxsi əşyaları ilə bərabər, kritik proseslərdə etdiyi çıxışlar, daha öncə yayımlanmamış fotoşəkillər və yaxın tarixə işıq tutacaq bəzi yazışmaları tapmaq da mümkün olacaq. 
7 min kvadrat metr sahədə yerləşən, 3 binadan ibarət muzeyin açılışı iyulun 24-də baş tutacaq. Tədbirə Prezident Rəcəb Tayyib Ərdoğan da qatılacaq və açılış edəcək.






Fikirlər