Ziya Məmmədov Ərdoğan və Binəli Yıldırımla birgə açılışda — FOTOLAR

Ziya Məmmədov Ərdoğan və Binəli Yıldırımla birgə açılışda — FOTOLAR

Mərasimdə körpünün dünyanın nəhəng inşaat layihələri arasında özünəməxsus yeri olduğu bildirilib.

Türkiyədə iyulun 30-da Yalova Kocaelini birləşdirəcək “Osmangazi” körpüsünün açılışı olub.

AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, təxminən 39 aya ərsəyə gələn körpünün açılışında Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, müxtəlif ölkələrin dövlət və hökumət rəsmiləri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinə Nəqliyyat naziri Ziya Məmmədov başçılıq edir.

Açılış mərasimində bu layihənin strateji əhəmiyyəti vurğulanıb. “Osmangazi” körpüsü vasitəsi ilə İstanbul və İzmir arasındakı 9 saatlıq məsafənin 3,5 saata qət etmək mümkün olacağı qeyd olunub. Körpünün uzunluğu 2,682 m, eni isə 35,93 m-dir. İnşa edilən körpünün dünyanın nəhəng inşaat layihələri arasında özünəməxsus yeri olduğu bildirilib.

Türkiyə KİV–in yaydığı məlumata görə, körpü həm də bölgənin inkişafına yardımçı olacaq. Belə ki, körpünün yanında ticarət mərkəzləri tikiləcək, bu isə artıq minə yaxın iş yeri deməkdir.

Açılış mərasimindən sonra Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə tədbirdə iştirak etmiş yüksək vəzifəli qonaqlar üçün iftar mərasimi təşkil olunmuşdur. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri Nəqliyyat naziri Ziya Məmmədovun İstanbulda Türkiyə dövləti rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

 .

    






Fikirlər