Samir Şərifov Ziya Məmmədovun YAXIN ƏTRAFINI çökdürür

ziya-samir

Nəqliyyat nazirinə yaxın şirkətlər Maliyyə Nazirliyindən pullarını ala bilmirlər

 

Nəqliyyat naziri Ziya Məmmədovla maliyyə naziri Samir Şərifov arasında münasibətlər kəskinləşib. Əldə etdiyimiz məlumata görə, məsələnin kökündə iri infrastruktur layihələri icra edən Ziya Məmmədova yaxın şirkətlərə hələ də pul verilməməsidir. “Maliyyə Nazirliyi heç bir səbəb olmadan şirkətlərin pulunu vermir. Bu səbəbdən də bəzi şirkətlər artıq iflas həddindədir. Şirkət rəhbərləri məsələ ilə bağlı Ziya Məmmədova müraciət etsələr də, nəticəsi olmayıb”, – deyə məlumatı verən mənbə bildirib.

Məlumatda deyilir ki, Ziya Məmmədov dəfələrlə Samir Şərifovla əlaqə saxlamağa cəhd edib. Lakin maliyyə naziri onun zənglərinə cavab vermir. Bu da nəqliyyat nazirinin hiddətinə səbəb olub. Bəzi iddialara görə, Ziya Məmmədov ölkə başçısı Ilham Əliyevlə görüşündə də bu məsələni də onun diqqətinə çatdırıb. Lakin bununla belə şirkət rəhbərləri də məsələ ilə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət etmək istəyirlər.

Bəzi iddialara görə, Samir Şərifov bu addımı ilə Ziya Məmmədovun yaxın ətrafını çökdürmək istəyir.

 

 






Fikirlər