Ziya Məmmədov daha bir müavin təyin etdi
Nəqliyyat Nazirliyi yanında Dovlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin olunub.
"Trend" xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust, 2015-ci il tarixli əmri ilə bu vəzifəyə İbrahim Əliyev təyin edilib.
Qeyd edək ki, bundan öncə İbrahim Əliyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) baş direktorun müavini - texniki direktor vəzifəsində çalışıb.