Nazir göstəriş verdi

Nazir göstəriş verdiNəqliyyat Nazirliyində Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2014-cü ilin yekunları və 2015-ci ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilib.

AzərTAc xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəryolservis” ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ayrı-ayrılıqda hesabatları dinlənilib, görülmüş işlər və onların nəticələri müzakirə edilib
.
Kollegiyanın sədri, nəqliyyat naziri Ziya Məmmədov son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən hərtərəfli və sürətli inkişafın nəqliyyat-yol kompleksinin fəaliyyətində də öz əksini tapdığını vurğulayıb. Ziya Məmmədov 2014-cü ildə nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışaraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi nətiсəsində Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Ziya Məmmədov nəqliyyat-yol kompleksində görülən işləri ümumilikdə müsbət qiymətləndirib, bununla bərabər bu sahədəki çatışmazlıqlara da toxunub. Kollegiya sədri bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini, görülən işlərin keyfiyyətinin ən vacib amil olduğunu bir daha xatırladıb və mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verib.


Kollegiyada, həmçinin bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq ilə bağlı görülən işlərdən danışılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələrin reallaşması üçün səylərin artırılması barədə tapşırıqlar verilib.

Sonda müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.






Fikirlər