"Rusiya-İran tərəfdaşlığı çiçəklənir və ətir saçır" - Böyük Britaniya Müdafiə Nazirliyi

"İran rəhbərliyinin çəkindirici mövqeyinə bel bağlamağa dəyməz..."
 
"Müqavimət göstərilməsi mümkün olmayan, məsələn, ballistik raketləri hələ Rusiyaya daşınma mərhələsində məhv etmək lazımdır..."
 
Mart ayından Rusiya Ukraynaya ən azı İran istehsalı olan 71 ədəd "Shahed" kamikadze-dron buraxıb. Hücumlar iki həftəlik fasilədən sonra, fevralın ikinci yarısında bərba edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin 26 mart tarixli hesabatında deyilir.
 
"Böyük ehtimalla, Rusiya müntəzəm olaraq az sayda kamikadze-dronlar partiyası almağa başlayıb", - məlumatda deyilir
 
Britaniya kəşfiyyatının məlumatına görə, son hücumlar iki istiqamətdə-Krasnodar diyarı və Bryansk vilayətindən həyata keçirilir.
 
Bu, Rusiyaya Ukrayna ərazisinin böyük hissəsindəki hədəflərə hücum etməyə imkan verir və şimalda hücumlar zamanı uçuş vaxtını azaldır.
 
Britaniya kəşfiyyatı istisna etmir ki, belə taktika Ukrayna HHM-ni daha böyük sahəyə çəkmək cəhdidir.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnının amerikalı müşaviri Den Rays "Radio HB"-nin efirində belə fikir ifadə edib ki, İran rəhbərliyinin çəkindirici mövqeyinə bel bağlamağa dəyməz. 
 
Böyük ehtimalla, əksinə olacaq: "İranın Rusiyaya tədarük edə biləcəyi hər şeydən, o cümlədən ballistik raketlərdən müdafiə olunmağa" hazırlaşmaq lazımdır.
 
"Müqavimət göstəriləcəyi mümkün olmayan şeyləri, məsələn, ballistik raketləri  hələ Rusiyaya daşınma mərhələsində məhv etmək lazımdır. Bu, asan məsələ deyil, lakin düşünürəm ki, Ukrayna bunu etməyə cəhd göstərəcək", - Den Rays deyib.
 
Onun fikrincə, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında nə qədər çox qələbə əldə etsə, Rusiya qüvvələri bir o qədər az dəstək alacaq.
 
"Rusiya nə qədər çox uduzursa, bir o qədər kimdən istəsəniz, o cümlədən İrandan az dəstək alacaq. Nəticə etibarilə heç kim tarixin yanlış tərəfində olmaq istəmir", - amerikalı ekspert əlavə edib.
 
Bundan öncə məlum olub ki, Rusiya İranın ən böyük investoruna çevrilib, ötən maliyyə ilində 2, 76 milyard dollar yatırım edib. Bundan başqa, Moskva İrana "Shahed"lərin əvəzinə 24 ədəd Su-35 təyyarələri tədarük edəcək.
 
Ötən ilin noyabrında məlumat verilib ki, Tehran Moskva ilə əlavə nüvə materiallarının əldə edilməsində razılığa əldə etmək istəyir və reaktorlar üçün yanacaq hazırlığında kömək etməyi xahiş edir. Belə addım molla rejiminə nüvə silahının əldə etmə müddətini azaltmağa imkan verəcək.






Fikirlər