İsrail 3 istiqamətdən vurulur – Ekspert
İsraildəki etirazları İran maliyyələşdirə bilər. Globalinfo.az xəbər verir ki, bu iddia ilə İsraildən olan ekspert Avram Şmuleviç çıxış edib. Onun sözlərinə görə, İsraildəki etirazlardan əsas mənfəəti götürən ölkə məhz İrandır: “Sözsüz ki, iğtişaşların əsas təşkilatçısı İsraildəki liberallar, ABŞ və Avropadakı antisionist qüvvələrdir. Lakin buraya ayətullah rejimini də aid etmək olar. Bu, çox geniş şəbəkədir. İran nüvə silahının yaradılmasının bir addımlığındadır. Ona görə də hər kəs hərbi əməliyyat haqqında ciddi danışırdı. Lakin birdən məhkəmə reformlarının keçirilməsi əleyhinə ölkədə 200-dən çox pilot uçuşdan imtina edir. Rezervistlər də bu səbəbdən toplanma məntəqələrinə gəlmək istəmirlər. Bütün bunlara görə ordunun döyüş qabiliyyəti qəfil aşağı düşüb. Bizdə cəmiyyət heç vaxt olmadığı qədər bölünüb və artıq heç kim İsrailin üzərini alan təhdidi görmür. Mən belə təsadüfə inanmıram. Burada maraqlar üst-üstə düşür və onlardan da biri İrandır”.