PRİQOJİN ÖLDÜRÜLMÜŞ VAQNERÇİLƏRİ GÖSTƏRDİ VƏ... - Şoyquyla Gerasimova təhqirlər yağdırdı (VİDEO)

Bir müddət əvvəl mətbuatda şəxsən Vladimir Putinin “Vaqner” başçısı Yevgeni Priqojinlə Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov arasındakı münaqişəyə qarışaraq, tərəfləri sakitləşdirdiyi barədə məlumat yayılmışdı. Lakin Y.Priqojinin son videomüraciəti ya bu məlumatların həqiqəti əks etdirmədiyini, ya da Priqojinin “atəşkəsi” pozduğunu göstərir.

“AzPolitika.info” xəbər verir ki, “Vaqner” başçısı mayın 4-ü axşam özünün məhv edilmiş onlarla döyüşçüsünün cəsədi fonunda S.Şoyqu və V.Qerasimovun ünvünına çox təhqiramiz ifadələr işlədərək, döyüşçülərin ölümünə görə onları ittiham edib.

Priqojin “hələ qanı soyumamış” əsgərlərinin silah-sursat çatışmazlığı və Şoyqu ilə Gerasimovun “harınlaması” ucbatından baş verdiyini deyib. Videomüraciətdə çoxlu söyüş olduğundan, onun bir hissəsinin tərcüməsini təqdim edirik: “Bu oğlanlar “vaqnerçilər”dir, onlar bu gün həlak olublar. Onların qanı hələ soyumayıb. İndi isə mənə qulağ asın, (söyüş söyür), bunlar kimlərinsə atasıdır, oğludur. Və bizə silah sursat verməyənlər (söyüş söyür) cəhənnəmdə onların ... yeyəcəklər. (Söyüş söyür) bizdə silah-sursat çatışmazlığı 70 faizdir! Şoyqu, Gerasimov(söyüş söyür) hanı silah-sursat? Baxın bunlara, (söyüş söyür). Siz, həşəratlar – bahalı klublarda oturursunuz. Sizin övladlarınız həyatdan ləzzət alır, “yutub”da videolar yerləşdirirlər. Siz elə bilirsiniz ki, bu həyatın sahibisiniz və onların həyatına görə qərar vermək ixtiyarınız var. Siz düşünürsünüz ki, əgər silah-sursat anbarlarınız varsa, buna da ixtiyarınız var. Elementar hesablamalar var. Əgər siz silah-sursatı norma daxilində versəniz, itkilər 5 dəfə az olar. Onlar bura könüllü gəliblər və ondan ötrü həlak olurlar ki, siz öz qırmızı ağacdan olan kabinetlərinizdə kef edəsiniz. Bunu nəzərə alın...”

Xatırladaq ki, Priqojin bundan öncə də silah-sursat çatışmazlığından dəfələrlə şikayət edib və Şoyqu ilə Gerasimovun adlarını çəkib. Lakin “Vaqner” başçısının indiyə kimi onları bu cür açıq şəkildə təhqir etməsinə rast gəlinməmişdi...

 






Fikirlər