Paraddan sonra Lukaşenkonun səhhəti pisləşdi - Moskvadan getdi
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Moskvada keçirilən 9 may Qələbə Paradından sonra səhhəti pisləşib. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, səhhəti pisləşdiyi üçün Lukaşenko tələsik Moskvanı tərk edib. Lukaşenko Kremldə keçirilən təntənəli şam yeməyinə də qatıla bilməyib. O, təcili olaraq Minskə gedib. Bildirilib ki, 68 yaşlı Belarus lideri paraddan sonra təcili yardım maşınının gəlməsini gözləyib.