TƏCİLİ! Rusiya Belarusdan YENİ CƏBHƏ açır - Ukrayna ordusu parçalana bilər...
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Belarusun paytaxtı Minskə planlaşdırılmamış səfər edəcək. Rusiya lideri Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı qapılar arxasında görüşəcək. Musavat.com xəbər verir ki, Belarus rəsmiləri iki müttəfiq ölkə liderlərinin görüşündə həyati vacib məsələlərin müzakirə ediləcəyini bildirib. "Görüşdə əsas diqqət regionumuzdakı təhlükəsizlik təhdidləri və onlara qarşı cavablarımız olacaq” - məlumatda qeyd olunub. Putinin Minskə gözlənilməz səfərindən əvvəl - ötən həftə Aleksandr Lukaşenko orduya müharibəyə hazırlıq əmri verib, Polşa və Ukraynanın sərhəd bölgələrində hərbi təlimlər başlayıb. Putinin Belarus üzərindən şimaldan Ukraynaya ikinci cəbhə açmağı planlaşdırması da Qərbin diqqətindən yayınmır. Rusiyanın Belarusu niyə müharibəyə cəlb etmək istədiyini şərh edən rusiyalı siyasi ekspert Stanislav Belkovsi Minskin bu addımının Ukraynanın böyük hücumunun qarşısını almaq məqsədi daşıdığını iddia edib. Ukrayna mətbuatına açıqlama verən Belkovski deyib: “Putinin hərbi qərargahı qarşıdakı qış aylarında yerin donduğu zaman Ukrayna ordusunun cənubdakı Melitopol şəhərinə yürüş edərək böyük bir hücuma keçəcəyini bilir. Rusiya ordunun Xersondan sonra Krım istiqamətində yeni fiasko yaşamasının qarşısını almaq və Ukraynanın əks-hücumunu ləngitmək üçün Belarus cəbhəsini gündəmə gətirməklə Kiyev ordusu qüvvələrini parçalamaq istəyir".