Lukaşenko Putinin SİRRİNİ AÇDI: Qarabağda müharibə və Ermənistanın MƏHVİ

Lukaşenko Putinin SİRRİNİ AÇDI: Qarabağda müharibə və Ermənistanın məhvi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin əsas sirrini faş edib.

Publika.az xəbər verir ki, “BBC”-nin Rusiya xidməti Lukaşenkonun ötən həftə “ictimaiyyətə müraciətində dediklərini belə şərh edib.

Lukaşenko Rusiyada idarəçilik sistemi haqda danışaraq bildirib ki, Putinin ətrafındakı qüvvələr onun qərarlarının üzərindən xətt çəkərək, özləri qərar verirlər.

O, Putinlə Belarusun problemləri haqda danışdığını deyib və qeyd edib ki, “mən onu yaxşı başa düşürəm, hər şeyi o, həll etmir”.

Onun bu sözləri təsdiqləyir ki, “Putin qüdrətli deyil”. Qərbin əsas media orqanları Lukaşenkonun Putinin sirrini açdığını və bu sirrin Rusiya prezidentinin qüdrətli olmaması ilə bağlı olduğunu yazıb.

Rusiya-Belarus münasibətləri və Lukaşenkonun Putinin “hər şeyi həll edə bilmədiyi” ilə bağlı dediklərini Ermənistan mediası öz ölkələrinin nöqteyi-nəzərindən şərh edib. Maraqlı məqam odur ki, Ermənistan indiyə qədər Rusiyanın qüdrətli olduğuna və Qarabağ məsələsində İrəvanın mövqeyindən çıxış edəcəyinə inanıb.

Ermənistan mediası xüsusilə bu məqamı qabardır.

“Lragir” saytı yazır ki, Ermənistan indiyə qədər qüdrətli Putinin qarşısında diz çöküb.

“Putinin qüdrəti haqda başlıca tezis Rusiya hakimiyyətinin əsas ideologiyasıdır. Hansı ki, o imperiya sərhədlərini bərpa etməyə çalışır. Bu tezis Ermənistanda da əsasdır. İrəvanda hesab edirlər ki, Rusiya güclü və qüdrətlidir, Ermənistanı da Avrasiya İqtisadi İttifaqına məcbur daxil edib. Həmçinin hakimiyyət Avrasiya İqtisadi İttifaqına daxil olarkən onu əsas gətirdi ki, Rusiya əleyhinə addım atarlarsa, qüdrətli Putin Qarabağda müharibə başladacaq və Ermənistan məhv ediləcək. Yəni qüdrətli Putinin əksinə getmək daha pis nəticələrə imza atmaq kimi bir şeydir. Sonra da nümunə kimi, Ukraynanı, Krımı göstərirlər. “Görürsünüz, Putin hər şeyi edə bilər” deyə mesaj verdilər. Lakin Lukaşenko sirri açdı və mifi dağıtdı”, - deyə sayt Ermənistan hakimiyyətini Rusiyanın qabağında əyilməkdə ittiham edib.






Fikirlər