Putin yaxın iki ildə bu ölkələrə hücum edəcək – PROQNOZ
Rusiyanın Belarus və Qazaxıstana hücum təhlükəsi ABŞ-ın yeni prezidenti üçün ən böyük problemlərdən biri ola bilər. Publika.az xəbər verir ki, bu haqda Amerikanın “Valuewalk.com” saytı yazıb. Amerika analitiklərinin fikrincə, əgər ABŞ buna qarşı durmasa, Rusiya prezidenti Vladimir Putinin iki böyük post-sovet dövlətinə hücumu “soyuq müharibə”dən sonra qurulmuş dünya nizamını qəti şəkildə dağıdacaq. Bildirilir ki, Rusiyanın Belarus üzərində nəzarəti Rusiya Silahlı Qüvvələrini NATO üzvləri olan Polşa və Litva sərhədlərinə gətirib çıxaracaq. “İlk baxışda, Qazaxıstan və Belarus çox müxtəlif ölkələrdir. Qazaxıstanda 18 milyon vətəndaş yaşayır və əksəriyyəti türkdilli müsəlmanlardır. Belarusun 9,5 milyon əhalisinin əksəriyyəti pravoslav slavyanlardır. Bununla belə, ən yaxın iki ildə hər iki ölkə potensial olaraq ciddi daxili siyasi və iqtisadi problemlərlə qarşılaşa bilər. Nəticədə, Putinin “təhlükəsizlik məsələləri” ilə əlaqədar ölkələrə müdaxilə etməsinə və şəxsi reytinqi yüksəltməyə imkan verən xarici siyasətin seçiminə gətirib çıxaracaq”, - yazıda bildirilir.Qeyd olunur ki, Rusiyanın ən loyal müttəfiqləri olaraq, Qazaxıstan və Belarus yaxın vaxtlarda sədaqət sınağından keçəcək: “Çünki hazırda bu ölkələr Rusiya dəstəyinə bel bağlaya bilmir. Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ilkin liberallaşmaya başlayıb, Qərbə açılıb və Kiyevə dost münasibət göstərməyə başlayıb. Lukaşenkonun liberallaşması Putinə böyük təhlükədir. Rusiya “rusların müdafiəsi” və təcavüzə bəraət üçün Belarus “millətçiləri” və qazax “dini ekstremistlər”dən istifadə edə bilər. Eynilə Ukraynada etdiyi kimi. Putin bu faktları Minsk və Astanaya kifayət qədər açıq-aydın xatırladıb”. Yazıda bildirilir ki, qonşu dövlətlərlə etnik rusların “ekstremistlər”dən müdafiə və vətənin “NATO müdaxiləsi”nin Putinin ölkəni birləşdirmək üçün yeganə üsuludur.