“NEFT MÜHARİBƏSİ”nin borcu qaytarılır - BELARUS müharibədə AZƏRBAYCANA dəstək verəcək
“Əgər Dağlıq Qarabağda müharibə davam edərsə, Belarus İsveçrə kimi neytral vasitəçi rolunda çıxış etməyə çalışacaq”. AzerTaym.az xarici mediaya istinadən xəbər verir ki, bunu belaruslu politoloq Kiril Averyanov-Minsk deyib. Eyni zamanda ekspert bildirir ki, Belarus rəhbərliyində Qarabağ münaqişəsində Azərbaycana dəstək vermək üçün əsaslar var. “Rusiya ilə neft müharibəsi zamanı Azərbaycanın Belarusa göstərdiyi dəstəyə görə Lukaşenko Azərbaycana bir neçə dəfə təşəkkür edib. Azərbaycan Belarusa iqtisadi xarakterli başqa xidmətlər də göstərib. Bu, hər şeydən əvvəl neft sahəsindəki xidmətlərdir. Buna görə də Belarus rəhbərliyi Dağlıq Qarabağda münaqişəsində ehtimal ki, Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqidir. Əgər Qarabağda münaqişə davam edərsə, növbəti dəfə Rusiya və Belarus müxtəlif tərəflərdə olacaq. Rusiya öz müttəfiqi kimi Ermənistana yardım göstərəcək, Belarus ehtimal ki, Azərbaycana dolayısi ilə dəstək göstərəcək”, - politoloq vurğulayb. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının görüşü aprelin 13-də Moskvada keçiriləcək. Sammit aprelin 8-də İrəvanda keçirilməli idi. Tədbirin yerinin dəyişdirilməsi Ermənistanda yaranmış vəziyyətlə əlaqələndirilib. Ermənistan prezidenti Serj Sərkisyan dünən İrəvana səfər edən Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə bu hadisənin Avrasiya İqtisadi İttifaqının nüfuzuna zərbə vurduğunu bildirib.