Ukrayna ordusu Baxmutda 10-dan çox mövqeyi ələ keçirib

Ukrayna ordusu Baxmutda 10-dan çox mövqeyi ələ keçirib

Ukrayna hərbçiləri şəhərətrafı qəsəbələrdə Baxmut istiqamətində irəliləməyə davam edir.

Müdafiə qüvvələri qarşı tərəfin ondan çox mövqeyini ələ keçirib.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Bu gün bölmələrimiz Baxmut ərazisinin şimalında və cənubunda ondan çox düşmən mövqelərini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib”, - o deyib.

Malyar əlavə edib ki, Ukrayna hərbçiləri müxtəlif bölgələrdən düşmən əsgərlərini əsir götürüblər.

Malyar vurğulayıb ki, hələlik işğalçılar Baxmutu mühasirəyə ala və “bu istiqamətdə parlaq qələbə qazana bilməzlər”. Eyni zamanda o, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski vəziyyəti nəzarətdə saxlayır. /Oxu.az






Fikirlər