PRİQOJİN ŞOYQUNU BAXMUTA ÇAĞIRDI - “Düşmən uğurlu əks-hücumlar edir”

“Vaqner” başçısı Yevgeni Priqojinlə Müdafiə Nazirliyi rəhbərliyi arasında qarşıdurma davam edir. Baxmut istiqamətində Ukrayna ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bu qarşıdurmanı və Priqojinin ordu rəhbərliyinə qarşı tənqid və təhqirlərini daha da gücləndirib.

“AzPolitika.info” xəbər verir ki, mətbuatda Yevgeni Priqojinin Müdafiə naziri Sergey Şoyquya açıq məktubu dərc olunub. 

“Vaqner”-in mətbuat xidməti tərəfindən yayımlanan məktubda Priqojin Rusiya ordusunun Baxmut istiqamətindəki qüvvələrinin döyüş meydanından qaçdığını bildirir və vəziyyətlə yerində tanış olmaq üçün Şoyqunu Baxmuta dəvət edir.

Şoyqunu bir növ ələ salan Priqojin, nazirin “böyük döyüş təcrübəsinin” oduğunu qeyd edir: “Vaqner”-in Rusiya ordu bölmələrinin yerləşdiyi cinahlarında düşmən uğurlu əks-hücumlar keçirib. Mürəkkəb əməliyyat şəraitini və eləcə də sizin çoxillik döyüş təcrübənizi nəzərə alaraq, Baxmuta gəlməyinizi və yaranmış vəziyyətlə yerində tanış olmağınızı xahiş edirəm”.

Qeyd edək ki, Ukrayna rəhbərliyi Baxmut istiqamətində uğurlu əməliyyat keçirildiyini rəsmən təsdiqləyib.






Fikirlər