Rusiya Ukraynadakı uran anbarını belə vurub - ANBAAN VİDEO
Ukraynanın Xmelnitski vilayətində uran anbarının vurulmasının görüntüləri yayılıb. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə mayın 13-də (bu il) baş verib. Yayılan videodan partlayışın nə qədər dəhşətli və təhlükəli olduğu görünür. Mütəxəssislər artıq partlayışdan sonra bu ərazidə radiasiyanın artdığını və yerli sakinlərə oradan getməyi tövsiyə ediblər. Hadisə səbəbindən Polşada da radiasiyanın səviyyəsi artıb. Eyni zamanda partlayış zamanı Avropa seysmik stansiyaları 3 bal gücündə zəlzələ qeydə alıblar. Rusiya tərəfi də məsələyə münasibət bildirib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlamasında deyib ki, Rusiya qərbin Ukraynada tədarük etdiyi tükənmiş uran sursatlarının anbarını vurub. Hadisə nəticəsində radioaktiv bulud Qərbi Avropaya doğru irəliləyib. Patruşev vurulan sursat anbarının Polşa sərhədinə yaxın olduğunu və orada radiasiya artımının qeydə alındığını gizlətməyib. “ABŞ Ukrayna torpaqlarında istifadə üçün kimyəvi və bioloji silahlar hazırlayıb və artıq bu silahlardan istifadə etməyə başlayıb”, - deyə o əlavə edib. Partlayış anının videosunu təqdim edirik: