Moskvada binalara PUA hucumu olub, partlayış baş verib –Sobyanindən AÇIQLAMA

Yeni Moskva yaşayış ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış binaya çırpılmış PUA nəticəsində ola bilər.

Azpost.info bildirir ki, bu barədə fövqəladə hallar xidmətindən TASS-a məlumat verilib.

“Hazırda partlayışın səbəbləri ilə bağlı bir neçə versiya, o cümlədən pilotsuz uçuş aparatının çoxmərtəbəli yaşayış binasına çırpılması variantı üzərində iş aparılır. Evin ətrafında PUA-ya bənzər fraqmentlər tapılıb. Müvafiq müayinələrdən sonra dəqiq demək mümkün olacaq”, – deyə agentliyin həmsöhbəti bildirib.

O, həmçinin əlavə edib ki, partlayış nəticəsində üç mərtəbədəki mənzillərin şüşələri qırılıb. “Hadisə nəticəsində itki yoxdur”, – deyə fövqəladə hallar xidmətinin nümayəndəsi əlavə edib.

Fövqəladə Hallar Nazirliyinin paytaxtın baş idarəsindən bildirilib ki, Yeni Moskvada Atlasova küçəsi, ev 11-də fövqəladə vəziyyətlə bağlı müraciət daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər 25-ci mərtəbədə partlayış izi müəyyən ediblər. Lakin onlar mənzilə daxil olduqdan sonra yanğın əlaməti aşkar edilməyib.

Hadisənin səbəbi və şəraiti araşdırılır.

Moskva meri Sobyanin pilotsuz təyyarələrin hücumu ilə bağlı açıqlama verib: “Bu gün səhər tezdən PUA hücumu bir neçə binaya cüzi ziyan vurub. Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir. Onlar baş verənlərin şəraitini öyrənirlər. İndiyədək heç kim ciddi xəsarət almayıb. Sizdən xahiş edirəm ki, yalnız rəsmi mənbələrə etibar edəsiniz, yoxlanılmamış məlumat yaymayasınız”.






Fikirlər