Rusların casus balinası yenidən ortaya çıxıb – FOTOLAR
İllər əvvəl balıqçılar tərəfindən aşkarlanan və Rusiya donanmasına aid olduğu iddia edilən casus balina bu dəfə İsveç sahillərində peyda olub. “AzPolitika.info” xəbər verir ki, 4 ildən sonra ortaya çıxan ağ balina qısa müddət sonra təbii mühitdən sürətlə uzaqlaşıb. Səlahiyyətlilər balinanın hormonlarına görə belə bir davranış sərgilədiyini bildiriblər. Rusiya rəsmiləri isə mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyiblər. Xatırladaq ki, casus balina daha əvvəl 2019-cu ildə Joar Hesten adlı norveçli balıqçı tərəfindən aşkarlanmışd. Həmin vaxt Norveç mətbuatına açıqlama verən Hesten bunları demişdi: “Torlarımızı dənizə atmağa hazırlaşarkən qayığımıza bir ağ balina yanaşdı. Balina gəminin hər iki tərəfindəki ipləri çəkməyə başladı. Bu zaman heyvanın üzərinə silah və ya kamera yerləşdirmək üçün sarğı olduğunu gördük. Həmin sarğının üzərində “Sankt-Peterburqun mülküdür” yazısı var idi”. Məlumat üçün qeyd edək ki, 1980-ci illərdə Sovet Rusiyasında əsgərlər tərəfindən öyrədilmiş delfinlərdən casusluq məqsədilə istifadə edildiyinə dairlər məlumatlar var. Çox yaxşı görmə qabiliyyətinə və yaddaşa malik heyvanların sualtı silahların yerini aşkar etmək üçün istifadə edildiy deyilir.