Rusiya telekanalına hücum: 2 nəfər öldürüldü

Rusiyanın xarici ölkələrdə yayımlanan əsas telekanalı sayılan “Russia Today”ın İsraildəki ofisinə silahlı hücum edilib. 

 Azərtaym.az xarici KİV-ə istinadən xəbər verir ki, bıçaqla silahlanan şəxs “Russia Today” kanalının Təl-Əvivdə yerləşən ofisinə qalxaraq 2 nəfəri öldürüb, 3 nəfərə xəsarət yetirib.

Hadisə yerində olan şəxslər terrorçunu tutaraq polisə təhvil veriblər.

Hazırda İsrail polisi Təl-Əvivin mərkəzi küçələrində nəqliyyatın hərəkətini dayandırıb.






Fikirlər