Səudiyyə Ərəbistanında dövlət çevirilişi gözlənilir – Gizli məktublaşma

 

cmimg_12846Səudiyyə Ərəbistanının Yəməndə husiləri məhv etməyə çalışdığı bir zamanda, xanədan üzvləri arasında dövlət çevrilişi əhval-ruhiyyəsi yayılmağa başlayıb.

AzPolitika.info-nun “Russia Today”ə istinadən verdiyi məlumata görə, Səudi şahzadələri arasında yayılan anonim məktubda Yəməndəki müharibə qınanılır və ölkənin iqtisadiyyatının çətin vəziyyətə düşməsində, neftin ucuzlaşmasında kral Salman ittiham olunur.

Məktubun sülalə üzvlərinin biri tərəfindən yazıldığı deyilir.
“Biz nəticələri hesablanmayan – İraqa müdaxilə, Suriyada və ya Yəməndə müharibə kimi hərbi əməliyyatlarda iştiraka necə razılaşdıq? Siyasi və iqtisadi vəziyyətin sürətlə pisləşməsi, neft qiymətləri də enməyə davam etməsi və dövlət borcları artması halında bütün Əbdüləziz oğullarını təcili toplantıya çağırırıq. Bacarıqsız kral Salman bin Abdüləzizi, ekstravaqant və xudbin şahzadə Muhammed ben Naifi və acgöz oğru Muhammed bin Salmanı təcrid etmək lazımdır”, – deyən sülalə üzvü həm kralı, həm də vəliəh dşahzadə ilə vəliəhd köməkçisi olan oğlunu hakimiyyətdən uzaqlaşmağa çağırır.






Fikirlər