"Rusiya ölkə ərazisini və hərbi obyektləri qorumaq qabiliyyətinə malik deyil və Ukrayna dronlarnın təkrarlanan zərbələrindən müdafiəyə uyğunlaşmayıb..."
"Rusiyalı hərbi müxbirlər Ukraynanın Rusiya ərazisinə zərbələrinin işıqlandırılmasında Müdafiə Nazirliyinin senzura tətbiq etməsini tənqid edib..."
Avqustun 30-na keçən gecə Pskov hava limanına zərbələr endirilib. Analitiklərin fikrincə, mümkündür ki, Rusiya öz hava-hücumundan müdafiə sistemini Moskvanın müdafiəsinə yönəldib, ona görə də Pskova dron hücumları onun diqqətindən yayınıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.
Avqustun 30-na keçən gecə Rusiyanın Pskov hava limanına PUA-ların zərbələri nəticəsində Rusiyanın bir neçə İl-76 təyyarəsi məhv edilib. Analitiklər hücumu təhlil edib və zərbənin uğurlu olmasının mümkün səbəblərini açıqlayıb.
Hesabatda xatırlanır ki, geolokasiya kadrları və rusiyalı mənbələr zərbə faktını və Rusiyanın ən azı iki İl-76 təyyarəsinin məhv edilməsini təsdiq edib.
Eyni zamanda, Ukrayna kəşfiyyatı dörd təyyarənin məhv edildiyini təsdiq edib. Rusiyalı hərbi müxbirlər Pskov hava limanına Ukraynanın 20-dən artıq dronu ilə zərbə endirildiyini iddia edir.
Eyni zamanda, rusiyalı mənbələrin məlumatına görə, həmin gecə Rusiyanın daha yeddi vilayəti üzərində dronlar vurulub.
"Moskva meri Sergey Sobyanin bəyan edib ki, Rusiyanın HHM sistemi Ukrayna dronlarının Mərkəzi Federal Dairəyə endirilən güclü zərbəsini dəf edib.
Bu zaman ən azı dronlardan biri Moskvaya tərəf istiqamətlənib, bu da Rusiya hakimiyyətinin, mümkündür ki, Ukrayna qüvvələrinin Moskvaya və ya onun ətrafındakı rayona zərbə vurmaq niyyətində olduğunu güman etməyə imkan verib", - hesabatda deyilir.
ISW qeyd edib ki, Rusiya qüvvələri, mümküdür ki, öz hava hücumundan müdafiə sistemini Moskvanın müdafiəsinə yönəldib və Pskov hava limanına zərbələr endirən böyük sayda Ukrayna dronlarını görməyib.
Baş vermiş hadisə rusiyalı təbliğatçılar və hərbi müxbirlərdə Rusiya qüvvələrinin ölkə ərazisini və hərbi obyektləri qorumaq qabiliyyətində olmaması ilə bağlı, eyni zamanda Müdafiə Nazirliyinin bu yaxınlarda senzura ilə bağlı səylərinin tənqidinə səbəb olub.
Hərbi müxbirlərin birinin sözlərinə görə, Ukraynanın Pskov hava limanına zərbələri onu göstərir ki, Rusiya HHM sistemi Ukrayna dronlarının təkrarlanan zərbələrindən müdafiəyə, Krımda olduğundan fərqli olaraq, uyğunlaşmayıb.
O, həmçinin Rusiya hakimiyyətinin bahalı hərbi təyyrələrinin anqarlarda saxlanılmadığına görə tənqid edib.
Rusiyalı mənbələr həmçinin bu yaxınlarda Müdafiə Nazirliyinin senzura ilə bağlı səylərini tənqid edərək, Ukraynanın Rusiya ərazisinə zərbələrinin işıqlandırılmasında düzgünlüyün və dürüstlüyün zəruriliyini qeyd edib.
Eyni zamanda, avqustun 29-dan 30-na keçən gecə Rusiya qoşunları əsasən Kiyevə irimiqyaslı raket və dron zərbələri endirib.
Bu zərbə son həftələrdə Rusiyanın digər zərbələrindən xeyli miqyaslı və, analitiklərin qeyd etdiyi kimi, ehtimal ki, Ukraynanın Moskva və Pskov vilayətlərinə öncə gecə zərbələrinə cavab olub.