“Paşinyan “Artsax”ı insanların yaddaşından silir” - İrəvanda qarşıdurma böyüyür

“Paşinyan “Artsax”ı insanların yaddaşından silir” - İrəvanda qarşıdurma böyüyür

Qondarma rejimin İrəvana qaçan “iqtidar” nümayəndələri ilə Ermənistan hakimiyyəti arasında əlaqə demək olar ki, kəsilib. 

Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib. 

Erməni nəşrinin yazdığına görə, tanınmamış “DQR” rejimi bütün üzvləri ilə Ermənistandadır və onlar hər gün qondarma qurumun Ermənistandakı daimi nümayəndəliyində görüşürlər: 

“Onların bəziləri erməni həmkarları ilə görüşməyə, sektor məsələlərini müzakirə etməyə, köçkünlərin, təhsil, səhiyyə və digər problemlərin daha sistemli həllini təmin etməyə çalışsalar da, görünən odur ki, “Artsax” nümayəndələri arasında parçalanma var. 

Lakin Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryanla “Artsax”ın “dövlət naziri” Artur Arutyunyan arasındakı əlaqənin az-çox funksional olduğunu söyləmək olar”. 

Qəzet iddia edir ki, Ermənistan rəsmilərində belə bir təəssürat yaranıb ki, Paşinyan və onun kabineti qondarma “Artsax”ı insanların yaddaşından silməyə, hətta “Artsax”ın heç vaxt olmadığını, göstərməyə çalışır: 

“Yeri gəlmişkən, Ermənistanın siyasi elitası da düşərgələrə bölünüb. Hakimiyyət komandasının bəzi üzvləri Qarabağ ermənilərinə və separatçı rejim nümayəndələrinə qarşı olan münasibətə görə hakimiyyətə qarşı sərt bəyanatlar veriblər. Amma “Artsax” “prezidenti” Samvel Şahramanyan hesab edir ki, vəziyyəti gərginləşdirmək olmaz, çünki qarşıda duran əsas vəzifə “Artsax” sakinlərinin problemlərinin həllidir”. 






Fikirlər