YAXIN ŞƏRQDƏKİ MÜHARİBƏLƏR NƏ VAXT BİTƏCƏK? – “3 əsri əhatə edən 3 fərqli savaş və...”

“Üçüncü əsr müharibəsinin necə nəticələnəciyini Hindistan və Türkiyə müəyyən edəcək”

7 oktrabr tarixindən İsrail ilə HƏMAS arasında başlayan qanlı müharibə artıq 16 gündür ki, davam edir. HƏMAS-ın başlatdığı “Əqsa Tufanı” əməliyyatına cavab olaraq İsrailin həyata keçirdiyi “Dəmir Qılınc” əməliyyatı sonda bu qarşıdurmanın müharibəyə çevrilməsi ilə nəticələndi.

“AzPolitika.info” xəbər verir ki, Türkiyənin “Sabah” nəşrinin yazarı Kerem Alkın öz yazısında bütün dünyanın yaxından izlədiyi bu müharibənin nə vaxt bitəcəyi ilə bağlı tarixi faktlara söykənən maraqlı ipucları verib.

Həmin yazını təqdim edirik:

“1950-ci ildə yaranan qlobal iqtisadi-siyasi sistem əslində 3 əsri əhatə edən 3 fərqli savaşın baş verdiyi bir dövrə dayanır.

Birinci dövr -1750-ci ildə sənaye inqilabı ilə başlayan və texnoloji inqilablarla nəticələnən, kömürdən neftə keçidin, ABŞ-dakı vətəndaş müharibəsinin başlanğıcını təmsil edir. 

Bu dövrdə Çin, Hindistan, Pakistan və Osmanlı İmperiyasından ibarət “Üçüncü dünya” dövlətləri dünya üzrə mal və xidmətlərinin 73 faizinə sahib idi. Həmin dövrdə dünya istehsalatında Avropanın payı 23,2 faiz, ABŞ-ın isə cəmi 0,1 faiz təşkil edirdi. Cəmi bir əsr ərzində Avropa dünya mal və xidmətlərin istehsalındakı payını 62 faizə, ABŞ isə 23,6 faizə çatdırdı. “Üçüncü dünya” ölkələrinin payı isə 11 faizə qədər gerilədi.

 

 

Qeyd olunan bu birinci yüz illik dövrünün əsas dönüş nöqtələri Britaniya İmperiyasının 1757-ci ildə Hindistana hücumu və 1776-cı ildə ABŞ dövlətinin yaranması idi.

İkinci dövr - 1850-1950-ci illər arasında Britaniya İmperiyasının kapitalist sistemin liderliyini qazandığı və itirdiyi proseslərdən ibarətdir. “Buxar və elektrik inqilabları”nın baş verdiyi bu dövrdə İngiltərə və Fransanın özləri köləlik prinsipinə əsaslanan bu rəqabətə son qoymağa qərar verdilər. 

 

 

Bu iki ölkə 1839-1842 və 1858-1860-cı illərdə baş verən birinci və ikinci Tiryək Müharibələrindən sonra Çini diz çökdürdülər. Beləcə Hindistandan sonra Çin də dünya istehsalatındakı payını itirdi. İş o yerə çatdı ki, 1878-ci ildən 1978-ci ilə qədər bir əsrdə Çinin dünya istehsalatındakı payı 2 faizə qədər gerilədi. ABŞ da isə köləliyin ləğvinə müqavimət göstərən cənub ştatları İngiltərə və Fransadan maliyyə və hərbi dəstək alan şimal ştatlarına məğlub oldular. Beləcə sənayeləşmənin lideri olan İngiltərə kapitalist sistemdə də öz liderliyini elan etdi. Lakin maliyyə çöküşü ilə birlikdə itirdiyi hərbi güc İkinci Dünya Müharibəsinin sonunda bu liderliyin süqutu ilə nəticələndi.

Üçüncü dövr – 1950-2050-ci illəri əhatə edən bu dövrü isə iki yerə bölmək lazımdır. Birinci 50 illik dövr ABŞ-ın kapitalist sistemin II Dünya Müharibəsindən sonra qurduğu “Qlobal nizam”da mütləq hökmranlıq etdiyi bir dövrdür. İkinci 50 illik dövr isə 2000-2050-ci illərdə gedən prosesləri əhatə edir. 

 

 

Bu dövr ABŞ üçün həm də çoxlu çətinliklər deməkdir. Çünki artıq 1750-ci illərin əvvəllərində dünya iqtisadiyyatının yüzdə 75-ni təmsil edən “Üçüncü dünya” 2010-cu ildən etibarən yüksələn xəttlə inkişaf etmiş, “Qlobal Cənub” olaraq dünya səhnəsinə yenidən daxil olmuşdur

Bu gün Çin, Hindistan, Braziliya, Rusiya, Meksika, Türkiyə və İndoneziyadan ibarət bu “E7 Qrupu” 1995-ci ildə məlum “G7” Qrupunun yarı gücünə sahib idisə, bu göstərici 2015-ci ildə bərabərləşdi və artıq bu qrup 2050-ci ildə “G7”-dən iki dəfə böyük olacaq.

Bu, ABŞ-ın qeyd etdiyimiz 3 əsrlik müharibələrin sonunda “Qlobal nizamın” və kapitaslist sistemin lideri ola bilməyəcəyi anlamına gəlir. Burada Hindistan və Türkiyə 3-cü, yəni sonuncu əsr müharibəsinin necə nəticələnəciyini müəyyən edən əsas dövlətlər olacaq.

 

 

Bu gün Yaxın Şərqdə və Afrikada şahidi olduğumuz ağır mənzərələrin, insan haqqlarının ayaqlar altına alınmasının əsas mahiyyəti də məhz budur. İki qüvvənin (Böyük Britaniya və ABŞ-red.) yaratdığı bu iki “afterşoklar” - “Covid-19” pandemiyası və Rusiya-Ukrayna müharibəsi 2020-2050-ci illər arasında bu çətin prosesin son mərhələsinin olduqca ağır keçəcəyini göstərir.

Ona görə də bütün dövlətlər müdafiə, enerji, qida və su, kritik minerallar və rəqəmsal texnologiyalar kimi strateji sahələrdə özünü təmin edə biləcək iqtisadiyyata çevrilmək yolunda sürətlə irəliləməlidirlər. Hesab edirəm ki, 2050-2150-ci illər arasında davam edəcək 4-cü dövrü “Türkiyə əsri” kimi, qucaqlamaq Avrasiya regionu üçün daimi sülh və inkişaf baxımından olduqca böyük önəm kəsb edir”.

 






Fikirlər