Türkiyəli astronavtın Yerə dönüşü təxirə salındı

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Dragon” Kosmik gəmisi və “Axiom-3” (Ax-3) komandasının Yer kürəsinə qayıdışı təxirə salınıb.
 Bu barədə “SpaceX” özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, “Dragon” və “Ax-32 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti əlaqədar fevralın 5-dən əvvəl Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk etməyəcəkləri bildirilib.
Məlumatda o da bildirilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər. Yeniavaz.com






Fikirlər