Ukrayna müdafiəyə keçdi: Belarus Polşadan hücum gözləyir - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən axşamdan etibarən Kiyevdə hava həyəcan siqnalları eşidilsə də, hücum qeydə alınmayıb:

“Donetsk, Xerson və Xarkov vilayətlərinə əvvəlki günlərdə olduğu kimi, hücumlar dayanmadan davam edib. Ötən gecə 20-dən çox İran istehsalı olan dronlardan, “S-300” tipli və digər qanadlı raketlərdən əsasən Xarkov vilayəti hədəf götürülüb. Çox ciddi dağıntılar var. Xarkov vilayəti ilin əvvəlindən etibarən hər keçən həftə daha çox şiddətli hücuma məruz qalır”.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri müharibə dövründə əsasən müdafiə strategiyasını seçib:
“Bu, silah çatışmazlığının yaranması fonunda baş verib. Buna baxmayaraq, Krım istiqamətində, o cümlədən Rusiyanın daxilində bir neçə ərazilərə havadan zərbələr endirməyə cəhd edirlər. Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının verdiyi məlumata görə, daha bir Rusiya Ordusuna məxsus “Su-35” tipli hərbi təyyarə Ukrayna Ordusu tərəfindən məhv edilib”.

Həmçinin bildirilib ki, Belarus Respublikasında keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidentinin verdiyi proqnoz və açıqlamalar Ukrayna ictimaiyyətində gərgin müzakirələrə səbəb olub:

“Belə ki, Aleksandr Lukaşenkonun dediyinə görə, Belarus ərazisinə Polşa və Ukraynadan ciddi təxribatlar gözlənilir. Həmin təxribatlara cavab tədbirləri görüləcəyi proqnozu verilib”.

Ətraflı süjetdə:






Fikirlər