ABŞ qadağanı götürür-Artıq bütün Rusiya Ukraynanın hədəfindədir

ABŞ Rusiya Federasiyasına uzaqmənzilli raketlərlə zərbə endirmə qadağasının ləğvini müzakirə edir. Artıq bundan sonra “ATACAMS”lar Oryol, Voronej və Kaluqa şəhərlərinə uça biləcək.

Kiyevə səfərindən sonra Dövlət Departamentinin rəhbəri Antoni Blinken artıq Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahından istifadəyə qoyulan qadağanın aradan qaldırılması üçün lobbiçilik etməyə başlayıb.

 Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “New York Times” qəzeti xüsusi məlumat yayıb. ABŞ rəhbərliyinin fikirlərinin dəyişməsinə əsas səbəb rusların Xarkov cəbhəsini açması olub.

Vaşinqtonun fikrincə, bu cür raketlərsiz müdafiə praktiki olaraq mümkün deyil.

Əvvəllər ABŞ Ukrayna Silahlı Qüvvələrinə 160 km-ə qədər mənzilli ATACAMS verirmiş. Həmin raketlər 1940-cı illərdən bəri Rusiya aviasiyasının ən böyük birdəfəlik itkilərinə gətirib çıxarıb. Lakin bu yazdan başlayaraq ABŞ 300 km-ə qədər radiuslu uzun mənzilli ATACAMS-ları da tədarük etmək qərarına gəlib.

Bundan sonra Rusiyanın iri şəhərləri 300 km radiusda ATACMS-in təsirinə məruz qalan əraziyə daxil olacaq. Buraya Kaluqa, Bryansk, Orel, Kursk, Lipetsk, Voronej, Rostov da daxildir.

Hərbi analitik Yan Matveevə yeni gəlişməni belə dəyərləndirib: “Raketlər dronlardan qat-qat güclüdür və onları vurmaq daha çətindir. Bu yaxınlarda Krımın Belbek aerodromuna hücumu xatırlamaq kifayətdir, o zaman bir neçə təyyarə və bir hava hücumundan müdafiə sistemi bir anda məhv edilmişdi”.






Fikirlər