"Şimali Koreya Rusiyaya 5 milyon artilleriya mərmisi tədarük edib" - Cənubi Koreyanın müdafiə naziri

"Şimali Koreya tərəfindən Rusiyaya göndərilən döyüş sursatları ABŞ və Avropa İttifaqından Ukraynaya göndərilənlərdən xeyli çox olub..."
 
Şimali Koreya Rusiyaya içərisində 5 milyon artilleriya mərmisi olan konteynerlər göndərib. Lakin Rusiya diktatoru Vladimir Putin Pxenyana səfəri zamanı ehtimal ki, daha çoxunu istəyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik "Bloomberg News" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, Seul Şimali Koreyadan Rusiyaya içərisində 5 milyonadək Putinin Ukraynaya hücum etdiyi mərmilərə oxşar artilleriya mərmiləri ola biləcək ən azı 10 min dəniz konteynerini aşkar edib.
 
"Putinin Şimali Koreya ilə təhlükəsizlik, xüsusilə qələbə şansından istifadə etmək üçün artilleriya mərmiləri kimi hərbi tədarük sahəsində daha sıx əməkdaşlığa səy göstərəcəyi gözlənilir", - Şin vurğulayıb.
 
Nazir qeyd edib ki, Şimali Koreya Rusiya üçün həmçinin Ukraynaya hücum etməyə kömək məqsədilə onlarla ballistik raketlər göndərib.
 
Bunun əvəzində Rusiya Şimali Koreyaya casus-peyklərin və tanklar və təyyarələr kimi adi silahların yerləşdirilməsi üçün texnologiyalar verib.
 
Cənubi Koreyanın "DongA Ilbo" qəzetinin məlumatına görə, Putin artıq gələn həftə KXDR-ə səfər edəcək.
 
Bu səfər 2000-ci ilin iyul ayından bəri ilk səfər olacaq və ABŞ və müttəfiqləri tərəfindən Kremlin Ukraynaya hücumunu həyata keçirməyə kömək etmiş silah tədarükü ilə bağlı narahatlıq doğuracaq. 
 
"Putinlə Kim Çen Inın sentyabr ayında Rusiyada  qonşular arasında ticarətin fəallaşmasına gətirib çıxaran görüşündən sonra Şimali Koreya tərəfindən göndərilən döyüş sursatları ehtimal ki, ABŞ və Avropa İttifaqından göndərilənlərdən xeyli çox olub.
 
Bu, Kreml qoşunlarına Ukraynanı atəşlərə məruz qoymağa imkan verib, çünki Ukrayna ABŞ Konqresi tərəfindən yardımın əngəllənməsi ilə əlaqədar olaraq tədarükün azalması səbəbindən öz döyüş sursatlarına qənaət etməyə məcbur olub", - "Bloomberg" yazıb.
 
Öz növbəsində peyk şəkillərindən görünür ki, Pxenyan Putinin səfərinə hazırlaşır, bu barədə Seulun "38 North" xüsusiləşdirilmiş xidməti məlumat verib.
 
Şəkillərdə Pxenyanın mərkəzində Kim İr Sen meydanında inşaat işlərinin getdiyi görünür, bu da hərbi parada hazırlıqdan xəbər verir.
 
Həmçinin Pxenyanın əsas hava limanında olan təyyarələr uçuş-enmə zolağına yerdəyişmə edilib, bu da, böyük ehtimalla, Rusiya diktatorunun qarşılanması üçün obyektin hazırlandığını göstərir. 
 
KXDR və Rusiya arasında əməkdaşlıq - son xəbərlər
 
Xəbər verildiyi kimi, Rusiya Şimali Koreyaya casus-peyklərin buraxılmasında yardım üçün ekspertlər göndərib.
 
Həmçinin məlumat verilib ki, Pxenyan "yüksək" standartlara uyğun olması üçün mühərrik sınaqlarınının sayını artırıb.
 
Öz növbəsində KİV-lər xəbərdarlıq edib ki, KXDR lideri Kim Çen In öz ordusuna artilleriyanı modernləşdiriməsini əmr edib, bu da Rusiyaya dəstəyin gücləndirilməsindən xəbər verir.
 
Eyni zamanda Cənubi Koreya bəyan edib ki,  1970-ci illərdə hazırlanan artilleriya mərmilərinin Ukraynada müharibənin aparılması üçün Rusiyaya tədarük edilməsi barədə məlumatın tədqiqatı ilə məşğuldur.






Fikirlər