TƏCİLİ! ABŞ-dan ŞOK nüvə təhdidi - Bu, rejimin SONU olacaq...
ABŞ prezidenti Cozef Bayden həmin gün Şimali Koreyaya sərt xəbərdarlıq edib. Musavat.com “Washington Times”a istinadən xəbər verir ki, Bayden Şimali Koreyanın başladacağı nüvə hücumunun Pxenyan rejiminin sonu olacağını açıqlayıb. "Şimali Koreyanın ABŞ, onun müttəfiqləri və ya tərəfdaşlarına nüvə hücumu ehtimalı qəbuledilməzdir və bu cür addımlar atan rejimin sonu ilə nəticələnəcək", - deyə, o bildirib. Qeyd edək ki, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı mühüm saziş imzalayıb. Müqaviləyə əsasən, ABŞ son 40 ildə ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək. ABŞ yaradılacaq Nüvə Məsləhət Qrupu ilə Cənubi Koreyanı da nüvə planlaşdırma əməliyyatlarına daxil edəcək. Bunun müqabilində isə Cənubi Koreya nüvə silahı istehsal etməyə çalışmayacaq. Bu razılaşma Cənubi Koreya prezidenti Yoon Suk-yeolun ABŞ-a səfəri zamanı açıqlanıb. Şimali Koreya lideri Kim Çen In isə ölkəsinin nüvə statusunun dəyişməz olduğunu deyir.