“Kim Çen İnn çox yaxın günlərdə qətlə yetiriləcək” — ŞOK PRAQNOZ
“Şimali Koreya lideri Kim Çen İn çox yaxın günlərdə qətlə yetiriləcək” Bu barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu istiqamətdə plan hazırlanıb və artıq bu planın icrasına başlanılıb. “Çox yaxın vaxtlarda dünyada bir dəli də azalacaq. Artıq Cənubi Koreya da çoxdandır ki, Şimali Koreya liderinin öldürülməsilə bağlı hazırlanan dəstə artıq hərəkətə keçib. Həmin dəstə 2 aydan çoxdur ki, hazırlıqlar keçir. Bundan başqa, Şimali Koreyaya diversiya qruplarının yeridilməsilə bağlı qərar qəbul edilib. Bununla bağlı Cənubi Koreya, Amerika və Yaponiya razılaşmaları var. Bu məsələdə Yaponiya da aktiv rol oynayacaq. Ola bilər ki, günü sabah Cənubi Koreyanın “ölüm dəstə”ləri ora sıza bilər. Dənizdən Yaponiya, hava məkanından isə ABŞ tərəfindən həmlələr oluna bilər”, - deyə Qabil Hüseynli bildirib. Siyasətçi deyir ki, çox yaxın vaxtlarda Cənubi və şimali Koreya birləşərək vahid respublika yaranacaq: “Şimali Koreyadan atılan ballistik raketlərin heç biri hədəfə dəyməyib və dənizə düşüb. Bəzi ehtimallara görə buna Amerikanın raketlərdən müdafiə sisteminin müdaxiləsi səbəb olub. Səfeh və sərxoş bir insanın rəhbərlik etdiyi ölkəyə elan olunmamış gizli müharibə başlanılıb. Etimad edilməyən ABŞ-ın 45-ci prezidenti Donald Tramp bu ölkəni bir nömrəli hədəf kimi seçib. Məhz onun dəstəyi ilə bu ölkənin aqibəti həll olunacaq. Çox yaxın vaxtlarda vahid Koreya Respublikasının yaradılmasının şahidi olacağıq”. Qeyd edək ki, Kim Çen İnin açıqlaması BMT-nin təcili iclas çağırmasına səbəb olub. Şimali Koreyanın uğurlu ballistik raket sınağı keçirməsi barədə açıqlaması 3 ölkənin təşvişinə səbəb olub. ABŞ, Yaponiya və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasını təcili iclasını çağırıb. Rəsmi Pxenyan həftə sonu həyata keçirilən raket sınağının uğurlu olduğunu açıqlayıb. Açıqlamaya əsasən "Pukguksong-2" ballistik raketi orta-uzun mənzilli ballistik raketdir. Raket nüvə başlığı ilə də istifadə edilə bilər. Cənubi Koreya ordu baş qərargahından bildirilib ki, Pxenyanın sınaqları yarımadanın şərqinə doğru 500 km məsafə qət edib. ABŞ rəsmiləri də raketin 550 km məsafə qət etdiyini və sonradan Yapon dənizinə düşdüyünü bildiriblər. Yaponiya baş nazirinin ABŞ-a səfəri ərəfəsində həyata keçirilən sınağın gövdə göstərisi olduğu qeyd edilir.