İŞİD terror təşkilatı Cənubi Koreyadakı ABŞ hərbi bazasına və ölkə vətəndaşlarına qarşı terror aktı hazırlaya bilər.
APA-nın “Renxap” agentliyinə istinadən verdiyi məlumata görə, bu xəbərdarlıq Cənubi Koreya kəşfiyyatının bəyanatında əksini tapıb.
Cənubi Koreya kəşfiyyatı nəzərə çatdırıb Ki, İŞİD Cənubi Koreyadakı ABŞ hərbi obyektlərini və ölkə vətəndaşlarını hədəf seçib. Terrorçular Cənubi Koreyadakı ABŞ aviabazalarının dəqiq koordinatlarını dərc ediblər.
Koreya kəşfiyyatı hesab edir ki, terrorçular bu məlumatları internetdən əldə edərək özlərinə yaxın saytlarda dərc ediblər.
Eyni zamanda Cənubi Koreyanın sosial xidmətinin bir əməkdaşının da şəxsi məlumatları da dərc edilib. Bu məlumatın kiber-hücum nəticəsində əldə edildiyi ehtimal olunur.