SƏUDİYYƏ VƏ İRAN MÜHARİBƏYƏ BAŞLAYIRLAR! – “Vəziyyət DAHA DA təhlükəli HAL alacaq”

“Səudiyyə Ərəbistanı ilə İran arasındakı diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar yaranan suallar”

iran

Bazar günü, 3 yanvar tarixində Səudiyyə Ərəbistanı onun ölkəsinin Tehrandakı şəfirliyinə edilən hücumdan sonra, İranın diplomatik missiyasından Ər-Riyadı tərk etməsini tələb edib.

Münaqişələr zamanı digər tərəfin məmurlarının ölkədən çıxarılmasında təəccüblü heç nə yoxdur, amma analitiklərin fikirlərinə görə, tanınmış şiə ilahiyyatçısının edamından sonra Səudiyyə Ərəbistanın İran ilə diplomatik münasibətlərini kəsməsi, irəlidə daha ciddi problemlərin yaşanacağından xəbər verir.

“London iqtisadiyyat və politologiya məktəbi”ndən (The London Scool of Economics and Political Sciens) olan analitik Favaz Cerces belə hesab edir ki, Səudiyyə Ərəbistanı və İran arasındakı diplomatik əlaqələrin kəsilməsi çox asanlıqla nəzarətdən çıxa bilər.

- Diplomatik sözlü müharibə, qaynar münaqişəyə çevrilə bilərmi?

F.Cercesin sözlərinə görə, bu cür ixtilaflar Səudiyyə Ərəbistanı İranla münasibətləri kəsməyə qərar verməmişdən əvvəl də baş vermişdi. Cerces əlavə olaraq deyib: ”Onların münaqişəsi artıq uzun müddətdir ki, ərəb küçələrində gedir. Bu iki dövlət Suriyada, İraqda, Yəməndə, Bəhreyndə və Livanda bir-birlərinə qarşı durublar. İndi söhbət vəziyyətin nə qədər kəskinləşəcəyindən, dərinləşəcəyindən gedir. Fars körfəzinin iki güclü dövləti – sünnü Səudiyyə Ərəbistanı və şiə İran arasındakı münasibət təhlükəli həddə gəlib çatıb. Onlar arasında sözlü müharibə qızışıb. Yaxın bir neçə həftələrdə vəziyyətin daha təhlükəli hal alacağı gözlənilir”.

- Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin gərginləşməsinin səbəbi nədir?

Bu dövlətlərin bir-biri ilə ümumi dil tapa bilməməklərində yeni və təəccüblü heç nə yoxdur. Hələ 2011-ci ildə Cənubi Florida Universitetinin professoru Möhsün Milani öz məqaləsində yazırdı: “İran və Səudiyyə Ərəbistanı nə təbii müttəfiq, nə təbii rəqibdirlər. Onlar neft hasil edən ölkələr kimi müvafiq surətdə özlərini şiə və sünnü islamının müdafiəçiləri sayan və bir-biriləriylə uzun müddət rəqabət aparan təbii düşmənlərdir”.

57

Favaz Cercesin sözlərinə görə, Səudiyyə Ərəbistanı və İran, aralarındakı gərginlik artdıqca özlərini zərərçəkən qismində göstərmək istəyirlər. O bildirib: ”Biz burada təkcə vəziyyətin hansı tərəfdən necə yozulması ilə deyil, Səudiyyə Ərəbistanı ilə İran arasında dolayı yolla gedən müharibənin – soyuq müharibənin şahidiyik. Bu müharibə geosiyasətlə bağlıdır”.

- Nəyə görə vəziyyət məhz indi pisləşdi?

Hər şeyin birdən-birə qızışmasının səbəbi tanınmış şiə ilahiyyatçısı Nimr ən-Nimranın və ittiham olunan digərlərinin Səudiyyə Ərəbistanında edam olunması ilə bağlıdır. Bu hadisədən dərhal sonra Tehrandakı etirazçılar Səudiyyə Ərəbistanın səfirliyinə “Molotov kokteyli” atıblar. Nəticədə səfirlik binası yanıb. İranın dini rəhbəri ayətulla Əli Xamaneyi isə müqəddəs intiqama çağırıb.

CNN-in analitiki və məsul redaktoru Quartz Bobbi Qoşun fikrinə görə, İranın səs-küylü reaksiya nümayiş etdirməsindən və ali dini rəhbərin ilahi qəzəbə çağırmasından sonra diplomatik münasibətlərin kəsilməsi qaçılmaz idi. Lakin anlitiklərə görə, əgər İran və Səudiyyə Ərəbistanındakı vəziyyəti diqqətə alsaq, onda bu ölkələrin rəqabətin nə üçün qızışdırılmasında maraqlı omaları aydınlaşar.

“Eurasia Group” konsaltinq firmasının prezidenti Yan Bremmer burada hər iki ölkənin daxili siyasi səbəblərinin də müəyyən rol oynadığını irəli sürərək deyir: ”Onların qarşılıqlı ittihamlardan və hücumlardan çəkinməsi mümkün deyil. Hazırda Səudiyyə Ərəbistanı düşən neft qiymətlərinin yaratdığı çətinliklərin və kimin növbəti kral olması ilə bağlı meydana gələn daxili problemin öhdəsindən gəlməyə çalışır. İran isə həm islahatçıların və həm də bu yaxında nüvə proqramı ilə əlaqədar bağlanmış müqavilədə Qərbin önə çıxan fəaliyyətlərinin qarşısını almaq istəyir. Hər iki ölkənin rəhbərliyi çox yaxşı anlayır ki, milli hisslərin qızışdırılması, onların dövlət daxilindəki nüfuzlarını möhkəmləndirəcək. Yaranmış ümumi vəziyyət isə indiki münaqişəni hədsiz dərəcədə təhlükəli edir”.

- Yaxın günlərdə bizi nələr gözləyir?

Analitiklərin fikrinə görə, qəzəbli bəlağət yaxın günlərdə səngiməyəcək.
Favaz Cerces indiki vəziyyətin bütün regiona əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirir:“Ümid edirdik ki, yaxın bir neçə ay ərzində Suriya münaqişəsinin diplomatik yolla həllinə nail olacağıq. Artıq bunun baş tuta biləcəyini unudun. Biz həmçinin Yəməndəki problemin də diplomatik həllini gözləyirdik. Bunu da unudun. İndi iki ən güclü islam dövləti Yaxın Şərqin düz ortasında, birbaşa olmasa da, dolayı yolla müharibəyə başlayırlar. Ona görə də, biz bu qarşıdurmanın gərginləşməsinə çox ciddi yanaşmalıyıq”. (CNN)

 






Fikirlər