Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Azərtaym.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən AFP məlumat yayıb.
"Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını elan edib", - deyə ölkə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.
"Ər-Ərəbiyyə" telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar.
Hücumdan sonra polis 40 nəfəri saxlayıb.
Fikirlər