Rusiya İLƏ Səudiyyə Ərəbistanının GİZLİ GÖRÜŞÜ.

Rusiya ilə Səudiyyə Ərəbistanının gizli görüşü...

 

 

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirlərinin görüşü haqda xəbərlərin yayılmasından sonra neftin qiymətində artım olub. 
Avropa.info xəbər verir ki, neft ixracatçısı olan Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirlərinin görüşəcəyi xəbərindən sonra "brent" neftin bir barelinin qiyməti gözlənilmədən 1.20 dollar artaraq 34.58 dollar olub.
“Wall Street Journal”-ın Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən yaydığı məlumatda, Səudiyyə Ərəbistanının neft naziri Əli ən-Nəimi ilə Rusiyanın energetika naziri Aleksandr Novakın bu gün Qətərin paytaxtı Dohada görüşəcəyi bildirilir. 
Yayılan məlumatda bundan başqa görüşdə OPEC üzvü olan Venesuelanın da nümayəndəsinin iştirak edəcəyini qeyd olunur. 
Xəbərin yayılmasından dərhal sonra Londonda brent markalı neftin bir barelinin qiyməti təxminən 4 % artaraq 34.58 dollar olub.






Fikirlər