ABŞ-ın növbəti prezidenti kim olacaq? — SORĞU

ABŞ-ın növbəti prezidenti kim olacaq? — SORĞU

Donald Trampın mövqeləri zəifləyib.

ABŞ-ın dörd ştatında keçirilmiş yeni rəy sorğularının nəticəsi açıqlanıb.

 AzerTaym.az xəbər verir ki, seçkiqabağı kampaniyanın qızığın dövründə "The Washington Post" qəzeti və "ABC News" kanalı ABŞ-n dörd ştatında, Missisipi, Miçiqan, Aydaxo və Havaidə sorğu keçiriblər.

Sorğunun dərc edilmiş nəticələrinə görə, respublikaçılardan seçicilərin 34% Donald Trampı, 25%-i Texasdan olan senator Ted Kruzu, 18%-i Floridadan olan senator Marko Rubionu, 13%-i isə Ohayonun qubernatoru Con Keysikini dəstəkləyir.

Məlumata görə, bundan əvvəl keçirilmiş sorğuların nəticələri Trampın reytinqinin daha yüksək olduğunu göstərirdi. İndi isə onun reytinqi bir neçə faiz aşağı düşüb. Amma buna baxmayaraq onu respublikaçıların favorit namizədi hesab edirlər.






Fikirlər