Türklərə “VƏHŞİ İT” dedi, zaldan qovuldu - VİDEO

“Türklərə “vəhşi it” dedi, zaldan qovuldu - Video

Avropa Parlamentinin sədri Martin Şults türkləri təhqir edən ifrat sağçı yunan parlamentarini Baş Assambleyadan qovub.

 AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, millətvəkili Eleftherios Synadinos türkləri barbar, vəhşi it adlandırıb:

“Elmi ədəbiyyatda osmanlılar it kimi təsvir edilir. Türkləri barbarlar, pis yalançılar kimi tərif edə bilərik. Türklər vəhşi it kimi düşmənlə savaşdan qaçır”.

Bu açıqlamadan sonra Parlament sədri onu salondan qovub: "Qırmızı xətt keçildi. Bu, qəbuledilməzdir, xüsusilə də, irqçi fikirlər". 

Qeyd edək ki, iclas Türkiyə və Avropa Birliyi arasındakı miqrant razılaşmasına həsr olunmuşdu. 






Fikirlər