AvroParlamentin komtə sədri: “Azərbaycanı itirə bilərik”

 

elmar brok.jpg

"Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilən zaman prosedur qaydaları pozuntusuna yol verilib”.

"AzerTaym.az" Strateq.az -a istinadən bildirir ki, bu sözləri Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok “EurActiv” xəbər portalında yayılan məqalədə yazıb.

O bildirib ki, bu məsələ komitələr çərçivəsində müzakirə olunmalı, daha sonra səsverməyə çıxarılmalı idi.

Komitə sədri bildirib ki, Avropa Parlamentində qəbul edilmiş qətnamə rəsmi Bakının Avropa ilə bağlı iri enerji layihələrinin həyata keçirilməsində marağını azalda bilər. Məqalədə E.Brokun Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi “əks təqdirdə Azərbaycanı itirə bilərsiniz” fikri oxucuların diqqətinə çatdırılır.

Müəllif, həmçinin Azərbaycanın Avropa İttifaqının qaz təchizatının şaxələndirilməsində mühüm rol oynadığını vurğulayır, “Cənub” qaz dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin əhəmiyyəti barədə məlumat verir.






Fikirlər