ABŞ-dan Türkiyəyə YENİ xəbərdarlıq: Bu tarixdə TERROR AKTI törədiləcək -

Ankaranın Kızılay meydanında törədilən terror aktı barədə iki gün əvvəl xəbərdarlıq edən ABŞ-dan növbəti xəbərdarlıq gəlib.

 Publika.az “Haberturk” saytına istinadən xəbər verir ki, ABŞ növbəti terror aktının martın 20-də törədilə biləcəyini bildirib.

 Xəbərdarlıqda ABŞ vətəndaşlarından dövlət və hökumət binaları, o cümlədən terror hədəfi ola biləcək diplomatik missiyalar, meydanlar, ibadət yerləri, turizm məkanları və hərbi məntəqələr kimi ünvanlardan uzaq dayanılması istənilib.

 Qeyd edək ki, eyni xəbərdarlıq Türkiyənin xüsusi xidmət orqanlarından da gəlib. Kəşfiyyatın məlumatına görə, PKK terror təşkilatı martın 20-də terror aktları seriyası təşkil edərək Türkiyəni “qan gölü”nə çevirmək istəyir. Xəbərdə bildirilir ki, təhlükəsizlik gücləri yeni terror aktları üçün istifadə oluna biləcək 20 avtomobili axtarır.

 Xəbərdarlığa görə, PKK-nın hədəfi dövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm yerləri və kütləvi nəqliyyat vasitələridir.

 Martın 13-də Ankaranın Qızılay meydanında terror aktı törədilib. Nəticədə 37 nəfər həlak olub, 125-i yaralanıb.

 

 

 

 






Fikirlər